- Baxış sayı: 0
- 26 Avqust 2026 19:48
- Baxış sayı: 110
- Avqust 25, 2026
- 0


2026-cı il dünya çempionatında 1/4 final mərhələsinin oyunları başa çatıb.
Allsport.az xəbər verir ki, mərhələnin son qarşılaşmasında Argentina və İsveçrə milliləri üz-üzə gəliblər.
Görüş Bakı vaxtı ilə saat 05:00-da start götürüb.
Oyunda hesabı Argentina millisi açıb. 10-cu dəqiqədə Aleksis Mak Alister cənubi amerikalıları önə keçirib: 1:0.
67-ci dəqiqədə İsveçrə tarazlığı bərpa edib. Avropalıların heyətində Ndoye fərqlənib 1:1.
90 dəqiqə ərzində başqa qol vurulmayıb və matç əlavə vaxta gedib.
112-ci dəqiqədə Xulian Alvarez möhtəşəm zərbəylə Argentinanı hesabda önə keçirib: 2:1.
121-ci dəqiqədə Lautaro Martinez hesabı 3:1 edib.
Görüş bu hesabla başa çatıb və Argentina millisi adını yarımfinala yazdırıb.
Qeyd edək ki, Argentina yarımfinalda İngiltərə ilə qarşılaşacaq.