- Baxış sayı: 39
- 26 İyun 2026 05:13
- Baxış sayı: 109
- İyun 25, 2026
- 0
“Səbail” 2 gün sonra mövsümün ən vacib oyunlarından birinə çıxacaq. Allsport.az saytı xəbər verir ki, “aslanlar” çempionluq yarışında doğma meydanda 1-ci divizionun öncülü “Turan Tovuz”u qəbul edəcək. Debütant bu görüşə itki ilə çıxacaq; müdafiəçi Eltun Yaqublu və Qvanzav Məhəmmədov zədə səbəbi ilə meydana çıxmayacaqlar.
Adı ilk çəkilən futbolçu “Göyəzən”lə oyun öncəsi məşqlərin birində aldığı zədədən sonra bərpa keçir. O, 1 həftə sonra komanda ilə məşqlərə start verəcək. Digəri “Mil-Muğan”la oyunun son dəqiqələrində pəncə sümüyündən aldığı zədə səbəbilə 1,5 ay yaşıl meydanlardan uzaq qalacaq.