- Baxış sayı: 18
- 08 May 2024 19:36
- Baxış sayı: 154
- May 06, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin yığıncağında 1-ci divizionun 24-cü turu ilə bağlı qərarlar qəbul olunub. Allsport.az saytı xəbər verir ki, “Ağsu” – “Sabah-2” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.
Oyunun 27-ci dəqiqəsində “Sabah-2” klubunun futbolçusu Elçin Əsədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub.
“Sumqayıt-2” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində qonaqların futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.