- Baxış sayı: 42
- 26 Avqust 2026 23:53
- Baxış sayı: 101
- Avqust 26, 2026
- 0


Niderland yığmasının hücumçusu Memfis Depay DÇ-2026-nın seçmə mərhələsinin Litva ilə oyununda rekorda imza atıb.
Allsport.az xəbər verir ki, 30 yaşlı futbolçu hesabı açmaqla millidəki 104-cü oyununda 51-ci qolunu vurub.
O, matçın 63-cü dəqiqəsində fərqlənərək dubla imza atıb.
Bu nəticə ilə Depay yığmanın bombardirləri siyahısında liderliyə yüksəlib. O, 102 matçda 50 qol vuran Robin van Persini geridə qoyub.