Di Maria “Qalatasaray”a gedəcəkmi? Transfer qərarını verdi!

Transferdə gurultu yaradan “Qalatasaray” dünyaca məşhur ulduz Anxel di Marianı siyahıya daxil edib. Allsport.az saytı xəbər verir ki, “Yuventus”la müqaviləsi mövsümün sonunda başa çatacaq argentinalı kieçidlə bağlı qərarını verib.

Dövrə arasında Nikolo ZanioloKaan Ayxanı heyətinə qatan “aslanlar” işinə bütün sürəti ilə davam edir. İstanbul klubu son olaraq, zəlzələ fəlakəti səbəbindən Türkiyə superliqasından kənarlaşan “Xatayspor”un sol cinah müdafiəçisi Adekuqbe ilə anlaşıb.

Danışıqlarda aparıcı rolu “Sportif” AŞ-nin sədr müavini Ərdən Timur oynayıb. Onun böyük səyi mənfi nəticələnib. Transferin favoriti olan Anxel di Maria razı qalmayıb. Mövsümün sonunda müqaviləsi başa çatacaq yarımmüdafiəçi yeni anlaşma üçün komanda rəhbərliyi ilə görüşəcək.

Həmin kateqoriyadan