- Baxış sayı: 42
- 11 Noyabr 2026 22:02
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

“Barselona”nın cinah hücumçusu Lamin Yamal cari mövsüm Avropanın beş aparıcı futbol çempionatında ən çox uğurlu driblinq edən oyunçu olub.
Allsport.az xəbər verir ki, 19 yaşlı ispaniyalı futbolçu cari mövsüm 49 dəfə rəqibini driblinqlə keçib. Bu göstərici ilə o, siyahıda birinci yerdə qərarlaşıb.
İkinci və üçüncü pillələri “Real Madrid”in futbolçuları Kilian Mbappe və Yan Diomande bölüşürlər. Hər iki oyunçunun aktivində 37 uğurlu driblinq var.
Avropanın TOP-5 liqasında uğurlu driblinqlərin sayına görə ilk onluq belədir:
Lamin Yamal (“Barselona”) – 49
Kilian Mbappe (“Real Madrid”) – 37
Yan Diomande (“Real Madrid”) – 37
Brajan Qruda (“RB Leypsiq”) – 36
David Larrubia (“Malaqa”) – 30
Cessim Yassin (“Strasbur”) – 30
Giorgi Kvernadze (“Frozinone”) – 30
Cud Bellingem (“Real Madrid”) – 30
Matias Sule (“Roma”) – 28
Jeremi Doku (“Mançester Siti”) – 27.