Olimpiadada gümüş medal

Olimpiadada gümüş medal

Azərbaycan boksçusu Gülər Hüseynova Dəkər-2026 yeniyetmələrin IV yay olimpiya oyunlarında gümüş medal qazanıb.

Allsport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan millimizin üzvü finalda Qrenyellis Qarsiya (Venesuela) ilə üz-üzə gəlib.

Döyüşdə rəqib qalib gəldiyi üçün Hüseynova olimpiya oyunlarının ikincisi olub. O, bununla da yeniyetmələrin yay olimpiya oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.

Gülər Hüseynovadan əvvəl oğlan boksçularımızdan Rüfət Hüseynov (49 kq) Nankin-2014-də qızıl, Sinqapur-2010-da Salman Əlizadə (48 kq) ilə Elvin İsayev (57 kq) gümüş, Buenos Ayres-2018-də isə Nurlan Səfərov (60 kq) bürünc mükafat əldə ediblər.

Həmin kateqoriyadan