- Baxış sayı: 41
- 11 Noyabr 2026 23:59
- Baxış sayı: 343
- Noyabr 09, 2026
- 0

Kriştianu Ronaldu karyerası ilə bağlı gözlənilməz qərar verərək “Əl-Nəsr”də qalmaq və müqaviləsini uzatmaq qərarına gəlib.
Allsport.az xəbər verir ki, 41 yaşlı portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə sözləşməsini daha iki mövsüm uzatmağı planlaşdırır.
Ötən dövr ərzində komanda ilə yalnız daxili çempionatın qalibi olan Ronaldu Asiya çempionlar liqasını qazanmaq və 2029-cu il klublararası dünya çempionatına qatılmaq istəyir.
Daha əvvəl gələn yay karyerasını bitirəcəyi ehtimal olunan ulduz oyunçu, həmçinin müqaviləsi 2027-ci ilə qədər olan komanda yoldaşı Joau Feliksi də klubda qalmağa inandırmağa çalışır.
Xatırladaq ki, cari mövsümdə “Əl-Nəsr”in heyətində 12 matça çıxan Kriştianu 9 dəfə rəqib qapısına yol tapıb. O, həmçinin bu yaxınlarda Portuqaliya milli komandasındakı karyerasını başa vurdoğunu açıqlayıb.