““Real”dan zəng gəldi və artıq “yox” deyə bilməzdim”

““Real”dan zəng gəldi və artıq “yox” deyə bilməzdim”

“Real”ın futbolçusu Karlos Espi açıqlama verib.

Allsport.az xəbər verir ki, hücumçu “kral klubu”na keçidindən söz açıb:

“Levante”də çıxış edən zaman İngiltərə klublarının marağı var idi. Premyer liqadan bir neçə komandadan təklif almışdım, gözləyirdim. Sonrasında “Real”dan zəng gəldi və artıq “yox” deyə bilməzdim. İndi bu klubdayam və hər şeyimi verməyə hazıram”.

Espi ötən yay transfer dönəmində “Levante”dən “Real”a keçib. O, komandada 7 oyunda 2 qol vurub.

Həmin kateqoriyadan