“Qarşımızda yeni hədəflər var”

“Qarşımızda yeni hədəflər var”

“Xilasedici” klubu CEV çempionlar liqasının II təsnifat mərhələsində Portuqaliya “Sportinq”ini mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.

Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Cəlil Cəlilov qarşılaşmadan sonra qələbəni şərh edib:

“Çox gərgin və maraqlı keçən oyunda komandamız 3:2 hesabı ilə qalib gəldi. Qızıl setdə də 15:13 hesabı ilə üstünlük qazanaraq III mərhələyə yüksəldik. Bu, Azərbaycan kişi voleybolu tarixində bir ilkdir. Uğurumuz kollektivimizin birliyinin, qarşılıqlı inamının və zəhmətinin nəticəsidir. Klubun bütün əməkdaşlarına və daim bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Qarşımızda yeni hədəflər var və onlara çatmaq üçün çalışmağa davam edəcəyik”.

Cəlilov “Sportinq”in güclü rəqib olduğunu vurğulayıb:

“Rəqibin oyunçularının səviyyəsi hər kəsə bəlli idi. Buna baxmayaraq, voleybolçularımız sona qədər mübarizə apardılar və potensiallarını ortaya qoydular. Onları bu uğur münasibətilə ürəkdən təbrik edirəm. Gördüyümüz düzgün işin və çəkdiyimiz zəhmətin nəticəsini meydanda gördük”.

Həmin kateqoriyadan