- Baxış sayı: 56
- 11 Noyabr 2026 23:59
- Baxış sayı: 359
- Noyabr 09, 2026
- 0

“Mançester Yunayted”in hücumçusu Markus Reşford zədəsini sağaltmaq üçün yeni müalicə proqramına başlayıb.
Allsport.az xəbər verir ki, bud nahiyəsindəki zədə səbəbindən təxminən bir aydır meydana çıxmayan futbolçunun ağrıları qasıq nahiyəsinə də yayılıb.
29 yaşlı hücumçu ötən həftə klubun tibbi heyətinin nümayəndəsi ilə birlikdə Dublində mütəxəssisə müraciət edib və onun üçün yeni bərpa proqramı hazırlanıb. Reşfordun noyabrın 22-də “Liverpul”la oyuna qədər sıraya dönməsi gözlənilir.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 8 matçda iştirak edib, lakin hələ qol vura bilməyib.