- Baxış sayı: 34
- 11 Noyabr 2026 20:26
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

“Bornmut”un hücumçusu Eli Krupi karyerasında ilk dəfə Fransa milli komandasına dəvət alıb.
Allsport.az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan zədə səbəbindən düşərgəni tərk edən Markus Türamın əvəzinə 20 yaşlı forvardı əsas yığmaya çağırıb.
Cari mövsümdə premyer liqada cəmi üç matçda meydana çıxan gənc oyunçunun bu qəfil dəvəti onun karyerasında mühüm mərhələdir.
Futbolçunun atası oğlunun zədədən yeni qayıtdığını və bu zəngi gözləmədiklərini etiraf edib:
“Əslində, bunu gözləmirdik, çünki o, zədədən təzə qayıdır. Yuxu kimidir. Gənclər kateqoriyasından bəri etdikləri və ötən mövsüm göstərdikləri ilə bu, bir mükafatdır. Layiqdirmi? Bunu mən deməli deyiləm. Amma baş məşqçinin onu çağırması əla haldır”.