Divizionun başlama vaxtı məlum oldu

I divizionda 2020/2021 mövsümünün start tarixi müəyyənləşdi. Allsport.az xəbər verir ki, turnir oktyabrın 1-də başlayacaq.

3 dövrə keçiriləcək turnirdə iştirak edəcək komandalar aşağıdakılardır:

“Turan Tovuz”
“Zaqatala”
“Sabah-2”
“Neftçi-2”
“Kəpəz”
“Keşlə-2”
“Sumqayıt-2”
“Qarabağ-2”
 MOİK
“Qaradağ Lökbatan”

Yarışın püşkatma mərasimi 24 oktyabr saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar futbol liqasının “Youtube” kanalı ilə canlı yayımlanacaq. Azərbaycan respublikasında davam edən karantin rejimi ilə əlaqədar olaraq klub və KİV nümayəndələri püşkatmada iştirak etməyəcək.

Həmin kateqoriyadan