- Baxış sayı: 30
- 24 Sentyabr 2026 23:55
- Baxış sayı: 61
- Sentyabr 24, 2026
- 0

Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Sankt Pauli” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Dimanın adı görüşün iştirak ərizəsində yer almayıb. “Ersgebirge” 9 turdan sonra 10 xalla 18 klub arasında 11-ci pillədədir.