Dünya kubokunda ardıcıl 8 qələbə Səbinə Mikanaya 8 lisenziya xalı qazandırıb

Fransanın Orlean şəhərində sablyaçı qadınlar arasında dünya kuboku keçirilib. AQF-in 1-ci vitse-prezideni Yaşar Məmmədovun allsport.az saytına verdiyi məlumata görə, Rio-2016-ya lisenziya xalları verən yarışda millimiz də çıxış edib. 184 qılıncoynadının qatıldığı şəxsi mübarizədə Səbina Mikina ardıcıl 8 görüşdə qalib gələrək, 1/8 finala adlayıb.

Bu mərhələdə o, fransalı hakimin qərəzli qərarları sayəsində ABŞ-lı həmkarına 13:15 uduzaraq, 13-cü olub. Qələbələr sablyaçımıza 8 lisenziya xalı qazandırıb (cəmdə 55); reytinqdə 31-dən 28-ci yerə qalxıb.

1-ci Avropa oyunlarının gümüş mükafatçısı Sevil Bünyatova 55-cü olub. Bakı-2015-in bürünc medalçısı Sevinc Bünyatova və Fatimə İbrahimova yarışla daha erkən vidalaşıblar.

Həmin kateqoriyadan