Elman Sultanov: Oyuna görə “Turan Tovuz”u tam üstələdik

“Səbail” klubu Bakıda “Turan Tovuz”la vacib oyunda 0:0 hesablı heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, paytaxt komandasının baş məşqçisi Elman Sultanov qarşılaşmadan sonra jurnalistlərə fikrini bildirib:

“Oyun yüksək səviyyədə keçdi. Bu, premyer liqa səviyyəsində matç idi. Birinci divizionda belə qarşılaşmalar nadir hallarda olur. Tovuz klubu ilə oyunda daha çox hücumu biz edirdik, təşəbbüs tərəfimizdə idi. Oyuna görə “Turan Tovuz”u tam üstələdik. Arxa xətt oyunçumuzun qırmızı vərəqə alması o demək deyil ki, biz müdafiə olunurduq.

Biz ikinci hissədə topa, oyuna nəzarət edirdik. Qələbəni gətirən topu vura bilməməyimiz yalnız bəxtsizlikdir. Çempionat davam edir. Hər iki komandanın çətin matçları olacaq. Düşünürəm ki, hələ heç nə itirilməyib. “Səbail” öz oyun və meydanda hərəkəti ilə sübut edir ki, premyer liqaya çıxmalıdır”.

Həmin kateqoriyadan