Elxan Abdullayev: Çalışacağıq ki, cavab matçına daha yaxşı hazırlaşaq

Bu gün “Neftçi” klubu Azərbaycan kubokunun yarımfinal görüşünün ilk matçında öz meydanında “Qarabağ”a 0:2 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev məğlubiyyətə belə şərh verib

“Bu gün “Neftçi” üçün önəmli gün idi. Veteran futbolçularımız da komandaya dəstək oldular. Amma təəssüf ki, onları sevindirə bilmədik. Bu gün zəif oynadıq, amma çalışacağıq cavab matçına daha yaxşı hazırlaşaq və azarkeşlərimizi sevindirək”.

Həmin kateqoriyadan