- Baxış sayı: 109
- 29 İyul 2026 15:00
- Baxış sayı: 169
- Sentyabr 17, 2026
- 0

AFFA-nın baş katibi Elxan Məmmədov “Qəbələ” rəhbərliyinin Ronaldinyonun adına futbol akademiyası açmaq ideyasından danışıb. Allsport.az xəbər verir ki, o, məşhur braziliyalının Bakıya səfər etməsi barədə bunu söyləyib:
“Bir mərasimdə bu qədər jurnalisti sonuncu dəfə harada gördüyümü xatırlamıram. Ronaldinyonun bu səfəri böyük rezonansa səbəb oldu.
Belə bir ulduzun ölkəmizə gəlişi müsbət faktdır. “Qəbələ” Ronaldinyonun adını daşıyan futbol akademiyası yaradır. Bu, Azərbaycan futbolunun inkişafında müsbət rol oynayacaq”.