“Fənərbağça” 2 ulduzu hədəfə alıb

“Sarı-göylər” superliqa çempionluğu, Avropa liqası və Türkiyə kuboku üçün hərəkətə başlayıb. Allsport.az saytının məlumatına görə, azarkeşləri həyəcanlandıracaq 2 ad bazara yayılıb. Biri “Çelsi”nin heyətində hesab etmədiyi Patrik Emerik Aubameyanqdır.

“Milan”, “Monako”, “Borussiya”, “Arsenal” və “Barselona” kimi nəhənglərdə çıxış etmiş 33 yaşlı fransalı hücumçunun şərtləri çətin olacaq.

Kanarinin heyətə qatmağı düşündüyü digər futbolçu da İngiltərə premyer liqasındandır: “Aston Villa”dan Filipe Koutinyu. “Fənərbağça” prezidenti Əli Qoçun əsas hədəfi braziliyalı ulduzdur. Onu öz ölkəsindən “Korintians” da istəyir.

Həmin kateqoriyadan