Braziliya millisində ilk oyununa məhz “Şükrü Saracoğlu”da çıxıb

Braziliya millisində ilk oyununa məhz “Şükrü Saracoğlu”da çıxıb

“Fənərbağça”nın yeni transferi Fred, Braziliya millisində ilk matçına məhz “Şükrü Saracoğlu”da çıxıb.

Allsport.az saytı xəbər verir ki, o, 2014-cü ildə Türkiyə ilə keçirilən yoldaşlıq görüşündə keçmiş “sarı-lacivərdli” Luiz Qustavonun əvəzinə oyuna daxil olmuşdu.

Qarşılaşma isə “sambaçılar”ın 4:0 hesablı qələbəsi ilə başa çatmışdı. 30 yaşlı yarımmüdafiəçi “pentakampeonlar”ın heyətində ümumilikdə 32 görüş keçirib.

Həmin kateqoriyadan