- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Türkiyənin “Fənərbağça” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, İstanbul nəhəngi “Napoli”dən Romelu Lukakunu transfer edib.
“Fənərbağça” belçikalı forvard üçün İtaliya klubuna 6 milyon avro təzminat ödəyib. 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.
“Napoli” Romelu Lukakunu 2024-cü ilin yayında “Çelsi”dən 30 milyon avroya transfer edib. Belçika millisinin üzvü 2025/26 mövsümündə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.