“Fənərbağça”ya Linkolndan pis xəbər

Avropa liqasında “Sevilya”nın qonağı olacaq “Fənərbağça” ilk oyunda zədələnən Linkoln Enrikenin səhhəti ilə bağlı məlumat yayıb.

Allsport.az xəbər verir ki, klubdan yayılan açıqlamada, “Linkoln Enrike “Sevilya” ilə ilk matçda aldığı zədədən sonra geniş müayinələrdən keçib. Müayinələr nəticəsində sol dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. Futbolçumuz müalicəsi çərçivəsində əməliyyat olundu. Ona ən qısa zamanda sağalmağı arzu edirik” yazılıb.

Həmin kateqoriyadan