“Fənərbağçada” yarpaq tökümü! 5 futbolçu…

Transferdə 4 tərəfdən çalışmanı davam etdirən “Fənərbağça”da ardıcıl ayrılıqlar olacaq. Allsport.az saytı xəbər verir ki, superliqada lider “Qalatasaray”dan 6 xal geri qalan “sarı bülbüllər”də əməliyyat üçün düymə basılıb.

Baş məşqçi Xorxe Xesusun hesabatına əsasən hərəkət edən rəhbərlik, nüfuzdan düşmüş adlarla vidalaşacaq. “Qara siyahı”da makedoniyalı Ezdcan Əlioski, sloveniyalı Miha Zayç, braziliyalı Linkoln Henrike, türkiyəli Mərd Xaqan Yandaş və Əmrə Mordur yer alıblar. 

Həmin kateqoriyadan