- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

İngiltərənin “Brayton” klubu türkiyəli futbolçunu transfer etdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, “ağ-mavilər” “Fənərbaxça”dan Fərdi Kadıoğlunu heyətinə qatıb.
24 yaşlı sol cinah müdafiəçisi 4 il Premyer Liqa klubunun şərəfini qoruyacaq. “Fənərbaxça” müdafiəçisinin satışından 30 milyon + 5 milyon avro bonus qazanacaq. Futbolçunun gələcəkdəki satışından da 10 faiz pay Türkiyə klubuna çatacaq.