Fərid Qayıbov “VTB Azərbaycan kuboku”nun açılışında iştirak edib

Gənclər və idman naziri Fərid Qayıbov “Baku Sporting” uşaq futbol klubunun təşkilatçılığı ilə keçirilən “VTB Azərbaycan kuboku”nun açılış mərasimində iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, çıxışı zamanı uşaq futbolunun əhəmiyyətini vurğulayıb, iştirakçı komandalara uğurlar arzulayıb.

Gənclər və idman nazirliyinin, eləcə də Azərbaycan futbol federasiyaları assosiasiyasının dəstək verdiyi turnirdə 8 komanda – “Zirə”, “Səbail”, “Neftçi”, “Sumqayıt”, “Metak”, “Təkin”, “Mübariz” və “Bakusportinq” komandaları iştirak edirlər.

Həmin kateqoriyadan