“Fateh Qaragömrük” Məhəmməd Özdəyevin PAOK-a keçməsinə izah verib

“Fateh Qaragömrük” klubu, rusiyalı yarımmüdafiəçisi Məhəmməd Özdəyevin Yunanıstan PAOK-una keçməsinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o bu gün Saloniki klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

“Məhəmməd komandaya Pirlo üçün gəlmişdi. İtaliyalı mütəxəssis bizdən ayrıldıqdan sonra, Özdəyev klubdan ayrılmaq istəyib. Hər şey sadədir: PAOK yaxşı təklif edib və o, heç bir münaqişəsiz gedib. O, həm İstanbulu, həm də komandanı bəyənib”, – deyə Türkiyə təmsilçisindən bildirib.

30 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Fateh Qaragömrük”ün heyətində 34 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalı rusiyalının PAOK-a transferini 1 milyon avro qiymətləndirir.

Həmin kateqoriyadan