Fateh Tərim: Bütün insanlara üzülürəm

“Qalatasaray”ın və Türkiyə millisinin keçmiş baş məşqçisi Fateh Tərim bir-birinin ardınca baş verən zəlzələ fəlakətləri ilə bağlı İtaliya mətbuatına danışıb. Allsport.az saytı xəbər verir ki, mövzu ilə bağlı o, “Təəssüf ki, həyat belədir… Aralıq dənizi bölgəsində baş verən hadisədən zərər çəkən bütün insanlara üzülürəm” deyib.

Təcrübəli mütəxəssis, özünü İstanbulda olduğu və təhlükə hiss etmədiyi əlabə edib: “Daha 2 təkan. Mən yaxşlyam. Allaha həmd olsun ki, qardaşim da yaxşıdır. Onunla telefonda danışdim. Mən İstanbulda yaşayıram, zəlzələ burada hiss olunmayıb. Yaxın bir neçə saatı telefonda keçirəcəyəm, daimi ünsiyyətdəyik”.

Həmin kateqoriyadan