Muslera “Qasımpaşa”ya qarşı oynayacaq?

“Qalatasaray” Fernando Muslera, Dris Mertens və Fredrik Midtsyönün sağlamlıq durumu ilə bağlı açıqlama yayıb. 

Allsport.az xəbər verir ki, komandanın kapitanı Muslera zədəsini sağaldıb. Qapıçı artıq məşqlərə başlayıb. Lakin komandaya baş məşqçilik edən Okan Buruk riskə getmək istəmir. Ona görə də uruqvaylı qapıçının superliqanın 25-ci turunda “Qasımpaşa” ilə matçda oynayacağı gözlənilmir.

Mertens idman zalında məşqlər edir. O, meydanda fərdi məşqlərlə də məşğul olur. Fredrik isə hələ də müalicə olunur.

Həmin kateqoriyadan