FİE-nin konqresi 20 il sonra yenə Lozannada

Beynəlxalq qılıncoynatma federasiyasının ilin yekunlarına həsr olunan konqresi 20 ildən sonra beynəlxalq olimpiya komitəsinin yarandığı İsveçrənin Lozanna şəhərində baş tutub. Allsport.az xəbər verir ki, 300-dən artıq nümayəndə heyətinin iştirak etdiyi toplantı “SwissTech Convention” mərkəzində keçirilib.

FİE-nin prezidenti Əlişir Osmanov tədbir iştirakçılarını salamladıqdan sonra İOC-un rəhbəri Tomas Bax onfolimpiya dəyərlərini əks etdirən xüsusi mükafatı təqdim edib. Konqresdə həmçinin 2021-ci ildə dünya çempionatının Misirdə keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Eyni zamanda, 2022-ci ildə keçiriməsi nəzərdə tutulan bütün çempionatların ev sahibi ölkələrinin namizədliyi prosesinə başlanılıb. Toplantıda ölkəmizi AQF-in baş katib Vasif Məmmədov təmsil edib. Hazırda FİE-yə 157 ölkə üzvdür.

Həmin kateqoriyadan