- Baxış sayı: 61
- 02 Sentyabr 2026 13:33
- Baxış sayı: 111
- Sentyabr 08, 2026
- 0

Beynəlxalq ağırlıqqaldırma federasiyasının “Məsləhət qrupu”nun üzvü və Azərbaycan ağırlıqqaldırma federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa ağırlıqqaldırma federasiyasının xüsusi konqresində iştirak edib.
Allsport.az xəbər verir ki, Madriddə keçirilən tədbir 23 iyulda start götürəcək U-15 və yeniyetmələrin Avropa birinciliyi ərəfəsində təşkil olunub.
Xüsusi konqresdə gündəlikdə yer alan məsələlər müzakirə edilib.