Fransada keçirilən turnirdə iştirak etdilər

Azərbaycanın yeniyetmə qız şpaqaçıları Fransanın Qrenobl şəhərində “Cadet circuit” çərçivəsində keçirilən növbəti turnirdə qüvvəsini sınayıb.

Allsport.az xəbər verir ki, qız şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici Nazilə Rəhimovaya məxsusdur. Qrup mərhələsini 2 qələbə ilə başa vuran N.Rəhimova 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Kostanza Qreqqini 15:11 hesabı ilə məğlub edib. Növbəti görüşdə Almaniya təmsilçisi Mariella Tomikə 15:10 hesabı ilə qalib gələn təmsilçimiz turnirin yarımfinalçısı amerikalı Aleksandra Drovetskiyə 12:15 hesabı ilə uduzub. N.Rəhimova 200-dən çox yeniyetmə şpaqaçı arasında ümumi sıralamada 32-ci olub.

Qrupda 3 qələbəsi olan Alfiyə Abdinova pley-offda keçirdiyi ilk görüşdə ispan Martina Alvarez Torreqoya 15:12 hesabı ilə qalib gəlsə də, ən güclü 32 idmançı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ təmsilçisi Natalie Leungə 8:15 hesabı ilə məğlub olub.

Qrupda 4 qələbə qazanan Aynur Quliyeva pley-offda fransalı Enora Mortecretteyə 11:15 hesabı ilə, dörd qələbəsi olan Xədicə Həsənli isə pley-offda İtaliya şpaqaçısı Asia Vitaliyə 10:15 hesabı ilə uduzub.

Qız şpaqaçıların komanda yarışında idmançılarımız ilk görüşündə İspaniyanı təmsil edən seçmə kollektivə 34:45 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan