Futbol hakimlərimiz Türkiyədə seminarda iştirak edirlər

Azərbaycan premyer liqasının oyunlarına təyinat alan baş hakimlər və köməkçiləri, I divizionun oyunlarını idarə edən bir neçə referi, həmçinin “CBC sport” telekanalının bir neçə operatoru Türkiyənin İstanbul şəhərində təşkil olunan seminarda iştirak edirlər.

Allsport.az xəbər verir ki, seminarın məqsədi VAR otaqları ilə tanışlıq, simulyator vasitəsilə praktiki məşğələlər və nəzəri biliklərin artırılmasıdır.

Noyabrın 4-dək davam edəcək seminarın təlimatçıları Barış Şimşək, Burçin Kəskin və Frits Ştuxlikdir.

Həmin kateqoriyadan