“Futbolçularımızın istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyə toplanışı çivəsində bu gün Makedoniyanın “Vardar” klubuna qarşı yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldiyi görüşlə bağlı bunu söyləyib:

“Bilirsiniz ki, hazırlıqlar ağır, komanda isə yorğun olur. Bu oyunda futbolçularımızın istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi.

Qələbə qazandıq və komandamızın oyunundan razı qaldıq. Çalışırıq ki, yoxlama oyunlarında bütün oyunçularımıza fürsət verək. Çünki toplanışdan sonra çempionata tam hazır şəkildə başlamalıyıq”.

Həmin kateqoriyadan