Gəncə şəhər stadionunda daha bir meydan

AFFA futbol infrastrukturunun inkişafı istiqamətində daha bir layihənin icrasına başlayacaq. Allsport.az saytı xəbər verir ki, iyunun 24-dən etibarən Gəncə şəhər stadionunun ərazisində standart ölçülərə malik (105x68m) süni örtüklü məşq meydanının inşasına start veriləcək.

Tikinti işləri bütövlükdə AFFA tərəfindən həyata keçiriləcək. Stadion hazır olduqdan sonra “Kəpəz” klubu ilə yanaşı, uşaq futbol komandaları da süni örtüklü meydandan yararlana biləcək.

Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydançasının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən salınıb.

Həmin kateqoriyadan