Gənc sablyaçıların ölkə birinciliyində kimlər qalib olub?

Gənclər qılıncoynadanların ölkə birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirin açılışında AQF-in vitse-prezidenti Yaşar Məmmədov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Yusif Hüseynov çıxış edərək, yarışın əhəmiyyətini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar.

Sablyaçılar arasında təşkil olunan rəqabətdə oğlanlarda Xalid Əsədov, qızlarda Fatimə İbrahimova hamıdan üstün olublar. Qaliblər Qılıncoynatma federasiyası tərəfindən diplom və mükafatla təltif ediliblər.

Həmin kateqoriyadan