Gənc şpaqaçılarımız 1/64 finalda dayandı

Serbiyanın paytaxtı Belqradda gənc şpaqaçıların dünya kubokunun mərhələsinı yekun vurulub. Allsport.az saytının məlumatına görə, Ruslan Həsənov qrupda 6 görüşün 3-ündə qalib gələrək, pley-offa vəsiqə qazanıb. Burada Macarıstan idmançısı Nandor Zakmari üzərində qələbə qazanıb, 1/64 finalda italiyalı Alessandro Ciniyə məğlub olub.

Qrupda keçirdiyi 5 görüşdən 3-ünü qələbə ilə başa vuran Barat Quliyev pley-ofda belaruslu İvan Baxvalaunu yenib, sonra fransalı Teo Kollinə yenilib.
Xalid Əliyev pley-offda rusiyalı Aleksandr Sobolevə uduzub. Kənan Məlikzadə qrupda qalıb.

Qılıncoynadanlarımız komanda yarışında 1/16 finalda Qazaxıstan yığmasına uduzub.

Həmin kateqoriyadan