Gənc şpaqaçılarımız komanda yarışında 15-ci olub

İtaliyanın Foccia şəhərində yeniyetmə və gənclərin Avropa birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son yarış günündə Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərovdan ibarət gənc şpaqaçılarımız komanda yarışında qüvvəsini sınayıblar.

1/16 finalda Finlandiya komandasına 45:37 hesabı ilə qalib gələn milli, sonra fransalı həmkarlarına 20:42 hesabı ilə uduzublar. Qılıncoynadanlarımız 9-12-ci yerlər uğrunda görüşdə Norveçə 34:45 yeniliblər. 13-14-cü pillələr üçün Estoniyaya uduzan (34:45) yığma, 15-ci yer uğrunda mübarizədə Böyük Britaniyadan 1 xal geri qalıblar (44:45).

Həmin kateqoriyadan