Güllə atıcılığı üzrə respublika çempionatının qalibləri müəyyən olub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güllə atıcılığı üzrə respublika çempionatı keçirilib. Allsport.az xəbər verir ki, çempionatda 15 nəfər, o cümlədən “Neftçi” İdman Sağlamlıq Cəmiyyəti, “Spartak”, Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda kiçik çaplı tapançadan 50 metr məsafəyə atəşaçma yarışında birinci yeri Rəsul Məmmədov (“Neftçi”), ikinci yeri Ruslan Lunyev (“Neftçi”), üçüncü yeri isə Məmmədəli Abullayev (FHN) tutublar.

Pnevmatik tapançadan atəşaçma yarışında isə Ruslan Lunyev birinci, Rəsul Məmmədov (hər ikisi “Neftçi”) ikinci, Urfan Axundov (ADBTİA) üçüncü, Məmmədəli Abdullayev (FHN) dördüncü, Zakir Behbudov (FHN) beşinci yerə layiq görülüblər.

Çempionatın baş hakimi Böyükxanım Astanova, hakim Yusif Abdullayev, məşqçi Səadət Əhmədova olublar.

Həmin kateqoriyadan