Gündoğanın “Qalatasaray”a transfer ilə bağlı rəsmi açıqlama

Allsport.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğanın agenti futbolçusunun “Qalatasaray”a keçmək istəyi ilə bağlı yayılan xəbərləri təkzib edib:

“Daha əvvəl yayılan xəbərlər həqiqətə uyğun deyil. İlkayın gələcəyini müzakirə etmək üçün, “Bavariya” ilə oyundan əvvəl “Qalatasaray”dan heç kimlə görüşməmişəm. Nə dialoq, nə danışıqlar, nə də buna bənzər bir şey olmayıb. Bunu izah etmək istəyirəm. Bu məlumatın haradan gəldiyini nə mən, nə də İlkay başa düşürük. İlkay “Barselona” ilə bağlı hər şeyi bəyənir, o, yalnız hədəfləri və nəticə əldə etmək haqqında düşünür.

Həmin kateqoriyadan