Gürcüstan paytaxtında sablyaçı oğlanlarımız fərqləndi

Tiflsdə yeniyetmə qılıncoynadanlar arasında Avropa kubokunun mərhələ yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, bu yarışda meydan sahibi ilə yanaşı, Azərbaycan, Türkiyə və Səudiyyə Ərəbistanının sablya üzrə milli komandaları iştirak ediblər.

Oğlanların şəxsi mübarizəsinə 24 nəfər qatılıb. İlk 2 mövqeni ərəb idmançılar tutublar. Bürünc medal bizdəe Cavanşir Ağakişiyevin olub. Komanda yarışında ilk 3 yeri müvafiq olaraq Səudiyyə Ərəbistanı, Gürcüstan və Azərbaycan tutub.

Qızların rəqibətində 17 qılıncoynadan yer alıb. Millimizdən ən yaxşı nəticəni Nərminə Cəfərova göstərib. O, 12-ci olub. Komanda mübarizəsində sablyaçılarımız 4-cü sırada qərarlaşıblar.

Həmin kateqoriyadan