“Hər matça ciddi yanaşmalıyıq”

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ” səfərdə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Futbolçularıma təşəkkür edirəm. Bu meydançada azarkeşlər üçün çox maraqlı oyun göstərdilər. Baxmayaraq ki, ilk matç və qarşımızda “Neftçi” idi. Çox istəkliydilər. Bu matça çox ciddi yanaşırdıq. İki fərqli hissə keçdi. İlk yarıda üç qol vursaq da, ikincidə daha çox imkanlarımız oldu. Buna görə də futbolçulardan bir az narazı qaldım ki, çox epizodlara qeyri-ciddi yanaşdılar Onlarla söhbətimiz oldu, fikirlərimi bildirdim. Görüşə tam baxandan sonra daha ətraflı müzakirə edəcəyik. Hardasa başa düşürəm ki, gərgin mövsüm keçiriblər. Həm fiziki, həm psixoloji yorğunluq var. Amma işimizdir və hər matça ciddi yanaşmalıyıq, öz keyfiyyətimizi qoruyub saxlamalıyıq. Bu oyunun həm nəticə, həm digər elementlərə görə faydası olacaq. “Neftçi”yə uğurlar arzulayıram, azarkeşlərə təşəkkür edirəm”.

Həmin kateqoriyadan