Həyat yoldaşı xilas oldu, özü yox

Mərkəzi Qəhrəmanmaraşda olan 7,7 bal gücündə zəlzələ nəticəsində Şərq, Cənub-Şərq, İç Anadolu və Aralıq dənizi bölgələrində bir çox vilayət silkələnib. Allsport.az saytı xəbər verir ki, “Yeni Malatyaspor”un qapıçısı Əhməd Əyyub Türkaslan həyat yoldaşı ilə birlikdə dağıntılar altında qalıb. 28 yaşlı qapıçının arvadı sağ-salamat xilas edilsə də, xilasedicilər yalnız Əhmədin cansız bədəninə çata biliblər.

Türkiyə 1-ci liqasının baş məşqçisi İlmaz Vural olayla bağlı açıqlama verib: “Xilasetmə qrupları gəldilər, çatacaq səviyyəyə çatdıranda, yenidən 7,6 ballıq zəlzələ oldu. Bitişik 2 bina daha uçdu, hamı getdi, uşaq taleyi ilə tək qaldı. Həyat yoldaşı onun yerini təsvir etdi. Aşkarlama yaxşıdır, amma ora zamanında çatmadıq”.

Həmin kateqoriyadan