Hakimi təhqir edən futbolçuya 4 oyun cəzalanıb

Bu gün AFFA intizam komitəsinin iclasında 1-ci divizionun 17-ci turunda baş verən qayda pozuntuları müzakirə olunub. Allsport.az saytı sizi verilən qərarlarla tanış edir :

“Qarabağ-2” – “Sumqayıt-2” matçında “Sumqayıt-2”-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Ağsu” – “Səbail-2” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 36-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Fərrux Rəhimov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub. Oyunun 38-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Sahib Cümşüdov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. “Səbail-2” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunub. “Ağsu” klubu matçın təhlükəsizliyini tam təmin etmədiyinə görə 400 manat cərimə olunur.

“Qaradağ Lökbatan” – “Kəpəz” matçında “Qaradağ Lökbatan”ın səhlənkarlığı ucbatından ikinci hissə 3 dəqiqə gec başladığına görə klub 240 manat cərimə olunub.

MOİK – “Şüvəlan” matçında “Şüvəlan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Keşlə-2” – “Sabah-2” matçının 85-ci dəqiqəsində “Sabah-2”-nin futbolçusu Tahir Zeynalov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 90+6-cı dəqiqəsində “Keşlə-2”-nin futbolçusu Vüqar Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

“Zaqatala” – “Turan Tovuz” matçında hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunublar. Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

15-ci turdan təxirə salınmış “Qarabağ-2” – “Zirə-2” matçının 78-ci dəqiqəsində “Qarabağ-2”-nin futbolçusu Hüseyn Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Həmin kateqoriyadan