- Baxış sayı: 45
- 06 Noyabr 2026 12:44
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Haydenhaym” klubunun baş məşqçisi Frank Şmidt mövsümün sonunda işindən ayrılacaq.
Allsport.az xəbər verir ki, o, fasilə etmək vaxtının gəldiyini bildirib.
Frank 2007-ci ildən “Haydenhaym”da çalışır. Həmin vaxt 4-cü liqada mübarizə aparan kollektiv hazırda II Bundesliqadadır. Şmidt klubdan yeni təklif almasına baxmayaraq, ayrılıq qərarı verib.
Mütəxəssis Almaniyada bir klubda ən çox işləyən mütəxəssis kimi tarixə düşüb.
“Haydenhaym” II Bundesliqada 6-cı sıradadır.