Antirekordunu təkrarladı

Antirekordunu təkrarladı

“Milan” avrokuboklarda mövsümə uğursuz start baxımından tarixinin ən pis göstəricilərindən birini təkrarlayıb.

Allsport.az xəbər verir ki, “rossonyerlər” UEFA Avropa liqasının IV turunda doğma meydanda “Ferentsvaroş”a 0:2 hesabı ilə məğlub olub.

Bundan əvvəl Ruben Amorimin komandası “Benfika”ya (0:2) və “Bornmut”a (0:3) uduzub, “Zalsburq”u isə 4:0 hesabı ilə məğlub edib.

Komanda yalnız 2021/22 mövsümündə avrokuboklara daha uğursuz start verib. Həmin vaxt çempionlar liqasında mübarizə aparan İtaliya klubu ilk dörd turda üç məğlubiyyət alaraq cəmi 1 xal toplayıb.

Həmin kateqoriyadan