“O, Messi səviyyəsinə ən yaxın futbolçudur”

“O, Messi səviyyəsinə ən yaxın futbolçudur”

“Mançester Yunayted”in hücumçusu Markus Reşford Lamin Yamalın istedadından heyranlıqla danışıb.

Allsport.az xəbər verir ki, ingiltərəli futbolçu ispaniyalı vingeri indiyədək birlikdə oynadığı ən istedadlı futbolçulardan üstün hesab etdiyini bildirib:

“Bu yaşda belə istedada malik futbolçu görməmişəm. Bütün bu illər ərzində heç kim Messi səviyyəsinə Yamal qədər yaxın olmayıb. Onun yeddi dəfə “Qızıl top” qazanması məni təəccübləndirməz”.

19 yaşlı Yamal “Qızıl top” mükafatında ikinci, üçüncü və səkkizinci yerləri tutub.

Həmin kateqoriyadan