“Hansısa futbolçunu xüsusi fərqləndirmək istəməzdim”

Qadın futbolçularımız yoldaşlıq oyununda Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarlarına 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, millimizin baş məşqçisi Siyasət Əsgərov qələbəyə belə şərh verib:

“Təlim-məşq toplanışımız başa çatdı. Sevindirici haldır ki, bu hazırlıqdan maksimum istifadə edə bildik. İkinci oyunda əsasən az fürsət qazanan futbolçuları meydana buraxdım.

Komandanın oyunundan razı qaldım, hansısa futbolçunu xüsusi fərqləndirmək istəməzdim. Komandanın bütün üzvlərinə təşəkkür edirəm.

Monteneqro ilə oyunu da nəzərə alsaq, ardıcıl 3 oyundan meydanı qalib tərk edirlər. Əlbəttə, bu cür qələbələr nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır.”

Həmin kateqoriyadan