“Hesabı daha da böyütməyə imkanımız var idi”

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Zirə” evdə “Qəbələ”ni 2:1 udub. Allsport.az xəbər verir ki, Bakı klubunu baş məşqçisi Rəşad Sadıqov oyun haqda danışıb:

“Maraqlı oyunun şahidi olduq. İkinci hissədə çox sürətli, baxımlı futbol getdi. Hesabda iki top fərqi ilə irəli çıxdıq. Bundan başqa hesabı daha da böyütməyə imkanımız var idi. Fürsətləri qaçırdıq. Sonda rəqib yarım epizod kimi bir vəziyyətdən qol vurdu. Futbolda belə şeylər olur. Son dəqiqələrdə qapı tirindən dönən topumuz var. Qələbə qazanmışıq. Üç həftə sonra bizi çox vacib cavab oyunu gözləyir. Amma hazırda bizi düşündürən “Qəbələ” ilə çempionat matçıdır”.

Həmin kateqoriyadan