İbrahim Türkiyədə klubunu dəyişdi

Türkiyə super liqasına vəsiqə qazanan “Ərzurumspor”la müqaviləsi başa çatan İbrahim Şehiç komandadan ayrılıb. Allsport.az xəbər verir ki, bosniyalı qapıçı super liqaya yüksələn digər klub “Hatayspor”la anlaşıb.

Şehiç ötən mövsüm keçirdiyi 34 oyunda 26 top buraxıb, 16 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

31 yaşlı qapıçı 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra “Ərzurumspor”a keçmişdi. 

Həmin kateqoriyadan