İkardinin həyat yoldaşı: “Mən öləcəyəm və mənə heç nə demirlər”

Allsport.az saytının məlumatına görə, “Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardinin agenti və həyat yoldaşı Vanda Nara, jurnalist Anxel вe Britoya xəstə olduğunu təsdiqləyib. Bundan əvvəl mətbuatda ona leykoz diaqnozu qoyulması xəbəri yayılmışdı. Sitat:

“Mən şokdayam, onu həzm etməyə çalışıram. Heç kim mənə heç nə demədi, ona görə də televiziyada hər şeyi öyrənmək çətin idi.

Biopsiya nəticəsi olana qədər heç vaxt diaqnoz qoymayın. Mənim vəziyyətimdə nəticə yalnız keçən cümə axşamı gəldi. Birinci tibb bacıları gəldi, ağladılar, məni qucaqladılar.

Mənə nə baş verdiyini bilmədiyim üçün panikaya düşdüm. Şübhələri var idi, amma 6 müxtəlif xəstəlik ola bilərdi. Ona görə də mənə heç nə demədilər. Mauroya dedim: “Mən öləcəyəm və mənə heç nə demirlər”.

Həmin kateqoriyadan